DÜNYA
Yığcam qurğu adi evi "ağıllı" evə çevirəcək
Bakı, 13 may, AZƏRTAC
Karneqi-Mellon Universitetinin əməkdaşı Herad Laput tərəfindən təqdim edilmiş universal qurğu hər hansı evdə müxtəlif hadisələri izləyir, məişət qurğularını dəyişmədən və ya mövcud cihazları fərdi sensorlarla təchiz etmədən adi evi “ağıllı” evə çevirməyə imkan verir.
AZƏRTAC “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Synthetic Sensor” adlı qurğu şəffaf korpusa malik kiçik lövhə formasındadır, üzərinə kontroller və mikrofon, akselerometr, temperatur, rənglər, maqnit sahəsinin gərginliyi, “Wi-Fi” və atmosfer təzyiqi daxil olmaqla bir neçə datçik qurulub. USB konnektorlu adapter vasitəsilə qurğu enerji ilə doldurulur.
Cihaz aktivləşdirildikdən sonra evdə baş verən hadisələri izləyərək bu məlumatları fərdi kompüterə ötürür. Fərdi kompüterdə quraşdırılmış proqram təminatı kompüter təlimindən istifadə edir.
Məsələn, proqram təminatı sensorlardan toplanılmış məlumatlar əsasında krandan su axdığını, qazın yandığını, blender və ya başqa cihazların işlədiyini müəyyənləşdirə bilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]