İDMAN
Yığmamız Valentin Qranatkin turnirində Qazaxıstanla qollu heçə-heçə edib
Bakı, 11 yanvar, AZƏRTAC
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə ikinci turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanı təmsil edən 19 yaşadək futbolçulardan ibarət milli komanda yanvarın 11-də növbəti matçını keçirib. Rəqib Qazaxıstanın eyni yaş qrupuna aid komandası olub. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Təbriz Həsənovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda litvalı həmyaşıdlarına 1:2 hesabı ilə uduzub. Buna görə məğlubiyyət ilk iki yeri tutaraq mükafatlar uğrunda yarışmaq şansımızın itməsi demək idi. Millimizin yer aldığı “C” qrupunun digər görüşü Litva və Slovakiya yığmaları arasında olacaq.
Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu yanvarın 13-də Slovakiyaya qarşı keçirəcək. Dörd qrupda ilk iki yeri tutanlar dörddəbir finala yüksələcəklər. Sonrakı iki pillənin sahibləri isə 9-16-cı yerlər uğrunda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]