CƏMİYYƏT


Yol Polisi: Odsöndürəni olmayan nəqliyyat vasitələrinin sürücüləri 50 manat məbləğində cərimə ediləcəklər

Bakı, 10 avqust, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq, sürücülər inzibati məsuliyyət daşıyırlar.

Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.