MƏDƏNİYYƏT
“Yol ayrıcında qalmış taksi” filminin təqdimatı olub
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Nizami Kino Mərkəzində “Yol ayrıcında qalmış taksi” qısametrajlı bədii filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Xalq Artisti, rejissor Eldar Quliyev çıxış edərək istedadlı tələbələrinin çəkdiyi filmin mövzusundan söhbət açıb. Müasir həyatımızın əks olunduğu “Yol ayrıcında qalmış taksi” adlı 30 dəqiqəlik filmi gənclərin uğuru kimi dəyərləndirib.
Filmin rejissoru Murad Quliyev ekran əsərinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Debüt” studiyasında istehsal edildiyini söyləyib. O, filmin ssenari müəllifi Nonna Müzəffərovaya, quruluşçu operatoru Elxan Rüstəmova, prodüseri Fuad Əzizova, bədii rəhbəri Eldar Quliyevə minnətdarlığını bildirib.
Film maraqla izlənilib. Dərin psixoloji təsir bağışlayan filmdə əsas rollarda Elşən Rüstəmov və Günay Əhməd çəkiliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]