CƏMİYYƏT


Yol hərəkəti təhlükəsizliyinə dair ictimai reydlər və maarifləndirici tədbirlər keçirilib

Bakı, 29 sentyabr, AZƏRTAC 

“Ailə və Ətraf Mühit” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra etdiyi “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına ictimai dəstək” layihəsi çərçivəsində növbəti ictimai reydlər və maarifləndirici tədbirlər keçirib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Bakının mərkəzi ərazilərində, dayanacaqlarda, piyadaların çoxluq təşkil etdiyi keçidlərdə və avtobuslarda reydlər keçirilib. Sürücülərə və sərnişinlərə yol hərəkəti təhlükəsizliyi, ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı zəruri məlumatlar verilib, yol hərəkəti zamanı davranış qaydaları əyani şəkildə izah olunub.

Layihə çərçivəsində işçi qrupu və könüllülər Bakının Nəsimi və Səbail rayonlarında yerləşən bir sıra orta məktəblərdə olub, şagirdlərlə geniş söhbət aparıblar. Onlara yol hərəkəti qaydaları, yeraltı və yerüstü keçidlər, ictimai nəqliyyatdan istifadə və davranış qaydaları haqqında məlumatların əks olunduğu materiallar paylanılıb.

“BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının ildən-ilə artdığını vurğulayaraq, bu baxımdan belə maarifləndirmə tədbirlərinin önəmini diqqətə çatdırıb.

Noyabrın 15-dək davam edəcək layihənin məqsədi ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli olmağa səsləmək, piyadaların və sərnişinlərin, eləcə də uşaqların yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılığını artırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.