ELM VƏ TƏHSİL


Yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə aparılır

Bakı, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yol hərəkətinin təhlükəsizliyi istiqamətində maarifləndirici tədbir keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələrək keçirilən tədbirdə ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tərbiyə işləri üzrə prorektor Ata Babayev bu cür maarifləndirici tədbirlərin yol qəzalarının sayının azalmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib, sürücü və piyadaların yol hərəkəti zamanı məsuliyyəti barədə məlumat verib.

Tədbirdə əsas diqqət yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində bilik və təcrübənin paylaşılmasına, risk amillərinin qarşısının alınması üçün təhlillərin aparılmasına yönəldilib, operativ tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.