İQTİSADİYYAT


Yol infrastrukturu ilə bağlı ötən həftə görülən işlər açıqlanıb

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən son həftə ərzində - oktyabrın 15-dən 22-dək görülən işlər açıqlanıb.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə 3 sərhəd-keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi işləri davam etdirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda səfərdə olublar, Füzuli-Ağdam avtomobil yolunun təməli qoyulub.

Bundan başqa, Yasamal rayonunda Heydər Hüseynov küçəsi əsaslı təmir edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri barədə məlumat təqdim olunub və Naftalan şəhərində 16 kilometr uzunluğa malik 34 küçə və yolda aparılan təmir işləri davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.