İQTİSADİYYAT
Yol infrastrukturu ilə bağlı ötən həftə görülən işlər açıqlanıb
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) dekabrın 13-dən 19-dək yol infrastrukturu ilə bağlı yerinə yetirilmiş işlər barədə məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, sözügedən müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol layihələri icra olunub, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun isə asfaltlanmasına başlanılıb.
Həmçinin H.Z.Tağıyev - Sumqayıt avtomobil yolu 4 zolağa genişləndirilir. Abşeron rayonunun Pirəkəşkül avtomobil yolunun tikintisi icra edilir, paytaxtın Ağa Nemətulla küçəsi təmir olunub, Qarabağ küçəsində isə təmir işləri aparılır.