CƏMİYYƏT


Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Naxçıvan şəhər sakini xəstəxanada ölüb

Bakı, 18 may, AZƏRTAC

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Naxçıvan şəhər sakini Xəyal İsmayılov yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naxçıvan şəhəri ərazisində Babək rayon sakini A.Niftəliyev idarə etdiyi “Great Wall” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Xəyal İsmayılovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən X.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.