REGİONLAR


Yol polisi Astarada sərnişindaşımada qaydaları pozan sürücülərə nəzarəti artırıb

Astara, 21 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək və qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücüləri aşkar etmək məqsədi ilə reyd keçiriblər.

AZƏRTAC xəbər verir ki, Ələt-Astara magistral yolunun Astara rayonu ərazisində keçirilən reyd zamanı 18 qayda pozuntusu aşkar edilib. Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtobuslarla normadan artıq sərnişin daşıyan sürücüləri saxlayıblar.

Bundan başqa, qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan avtobus sürücüləri, eyni zamanda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər də saxlanılaraq barələrində inzibati qaydada tədbirlər görülüb.

Müxtəlif qayda pozuntularının qeydə alındığı reyd zamanı bəzi sürücülərin nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.