CƏMİYYƏT


Yol polisi Balakən və İsmayıllıda reyd keçirib

Bakı, 3 may, AZƏRTAC

Balakən və İsmayıllıda yol polisi əməkdaşları küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilən reydlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb. Bu kimi halların digərlərinin də haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb. Dayanma-durma qaydalarını pozduqları üçün həmin avtomobil sahibləri barəsində inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.