REGİONLAR


Yol polisi Biləsuvarda 19 sürücünü cərimələyib

Biləsuvar, 5 may, Mahir Babayev, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində “dayanma-durma” qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yol polisi əməkdaşları şəhərin müxtəlif ərazilərində “dayanma-durma” və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.

Reyd zamanı qaydaları pozan 19 sürücü barəsində inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.