CƏMİYYƏT


Yol polisi Cəlilabadda reyd keçirib

Bakı, 14 aprel, AZƏRTAC

Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol polisi əməkdaşları şəhərin müxtəlif yerlərində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarında, piyada səkilərində hərəkətə mane olan nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktiki söhbətlər aparıb.

Qaydaları kobud şəkildə pozan avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib olunub. Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.