CƏMİYYƏT


Yol polisi Mingəçevirdə reyd keçirib

Bakı, 29 aprel, AZƏRTAC

Mingəçevirdə yol polisi əməkdaşları hərəkətin intensiv olduğu küçə və prospektlərdə təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən vətəndaşlar barəsində qanunamüvafiq tədbir görülüb.

Həmçinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıb, mövcud qaydalara riayət etmələri tapşırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.