CƏMİYYƏT


Yol polisi “Təmiz hava” aylığı çərçivəsində maarifləndirmə işləri apararaq sürücüləri avtomobillərini saz vəziyyətə gətirməyə təşviq edir

Bakı, 5 avqust, AZƏRTAC

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə xəbərdarlıq edib.

İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli AZƏRTAC-a bildirib ki, avqustun 1-dən etibarən Dövlət Yol Polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına start verib.

“Aksiyanın məqsədi atmosfer havasının çirklənməsinə nəzarət etmək və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir. Avtomobilin sayının çox olması havaya buraxılan zəhərli maddələrin miqdarının artmasına səbəb olur. Yoxlanma, nəzarət olması avtomobillər ətraf mühitin, insanların zəhərlənməsində başlıca rol oynamış olar. Bəzən sürücülər avtomobillərinin ətraf mühitə vuracağı ziyanı azaltmaq üçün hansı tədbirlər görməli olduqlarını bilmirlər. Yol polisi “Təmiz hava” aylığı çərçivəsində maarifləndirmə işləri aparmaqla sürücüləri nəqliyyat vasitələrini saz vəziyyətə gətirməyə təşviq edir.

Bir daha sürücülərə xəbərdarlıq edərək bildiririk ki, ətraf mühitə atılan tullantılarda müəyyənləşdirilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar”, - deyə İdarənin əməkdaşı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.