CƏMİYYƏT


Yol polisi isti hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib

Bakı, 23 avqust, AZƏRTAC 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

İdarədən AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “Avqustun 26-dək ölkə ərazisində havaların isti keçəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, DYP sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələri ilə, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmamalarını xahiş edir.

Vacib hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, zərurət yarandığı halda soyuducu sistemi olmayan fərdi minik avtomobillərindən isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur. Eyni zamanda, sürücülər yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməsinlər. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobili saxlayıb istirahət etmək tövsiyə olunur. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.