CƏMİYYƏT


Yol polisi uşaqları təhlükəsizlik qaydaları barədə məlumatlandırıb

Bakı, 12 oktyabr, AZƏRTAC 

Yevlax rayonunda 1, 2, 5 və 8 saylı tam orta məktəblərdə Yevlax Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən “Diqqət, uşaqlar!” mövzusunda maarifləndirici tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yol Polisi bölməsinin rəisi, polis mayoru Fəqan Mehdiyev çıxışında qeyd edib ki, yol polisinin əməkdaşları tərəfindən keçirilən belə tədbirlərdə əsas məqsəd azyaşlılarda yol hərəkəti qaydaları haqqında ümumi təsəvvür yaratmaq, yol nişanlarının tələblərinin öyrədilməsi və şagirdlərin təhlükəsizliyini təmin etməkdir. O qeyd edib ki, gündəlik olaraq dərsə gedən və gələn şagirdlərin yol hərəkətinin təhlükəsizliyi ilə əlaqədar qaydalara riayət etməsi çox vacib məsələdir. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını yalnız bu üsulla minimuma endirmək mümkündür.

Məktəblilərə yol hərəkəti haqqında dolğun məlumatlar verilib, təhlükəsizlik davranış vərdişlərini aşılamaq üçün yollarda quraşdırılan nişanlar, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, digər qaydalar izah olunub.

Tədbirlərdə polis əməkdaşları, məktəblərin pedaqoji kollektivləri və şagirdlər iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.