CƏMİYYƏT


Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobilinin sürücüləri barədə protokol tərtib olunub

Bakı, 2 avqust, AZƏRTAC

“Shacman” markalı 04-BK-532 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü İsmayılov Emin Mətləb oğlu, “Howo” markalı 99-LC-492 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Elman Əlican oğlu və “Howo” markalı 49-BH-452 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Elşən Əliyusif oğlu yükdaşıma qaydalarını pozduqları halda polis əməkdaşının saxla əmrinə tabe olmayıblar.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildirilib ki, sonra E.Məmmədov E.İsmayılov və E.Məmmədov İdarənin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Sürücülər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.