CƏMİYYƏT


Yol polisinin saxladığı avtomobildən silah-sursat aşkarlanıb

Bakı, 11 iyul, AZƏRTAC 

İyulun 10-da saat 12 radələrində Bakı-Qazax yolunun 380-ci kilometrliyində - Şəmkir rayonu ərazisində “BMW” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda “Saxla!” işarəsi verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsinin sahibi verilən əmrə tabe olmayaraq hərəkətə davam edib. Lakin həmin avtomobil Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Könüllü kəndi ərazisində məcburi qaydada dayandırılıb.

Sənədləri təqdim etmək tələb olunarkən sürücünün və sərnişinin şübhəli davranışları, həyəcanlı olmaları yol polisi əməkdaşlarının diqqətindən yayınmayıb. Avtomobilə baxış zamanı onların bu gərginliyinin səbəbi məlum olub. Belə ki, avtomobilin yük yerinə baxış zamanı oradan “AKM” markalı silah və patron darağı aşkarlanaraq götürülüb.

Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini A.Hüseynov və sərnişini olan qardaşı H.Hüseynov saxlanılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.