İQTİSADİYYAT


Yol təmiri maşınları üçün tikilən anqar istifadəyə verilmişdir

Bakı, 26 dekabr (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yol təsərrüfatının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. 

QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində alınan yol-təmir maşınlarının qorunub saxlanması üçün motorlu rels nəqliyyatı, maşın və mexanizmləri təmiri emalatxanasının ərazisində tikilən yeni anqar istifadəyə verilmişdir.

Ümumi sahəsi 840 kvadratmetr olan anqar “Azəryolservis” ASC-nin 72 nömrəli Yol-istismar müəssisəsi tərəfindən inşa edilmişdir. Anqara 350 metr uzunluğunda dəmir yolu çəkilmiş, 2 dəst yoldəyişən qoyulmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.