İDMAN
“Yoldaşlıq futbolu” turnirinin kubokunu Sumqayıt “ASAN xidmət” könüllüləri qazanıb
Bakı, 19 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə keçirilən “Yoldaşlıq futbolu”nun final matçı baş tutub.
AZƏRTAC xəbər verir ki, finalda 1 saylı “ASAN xidmət” və Sumqayıt “ASAN xidmət” könüllüləri qarşılaşıb. Gərgin keçən qarşılaşmada 2:3 hesabı ilə qalib gələn Sumqayıt “ASAN xidmət” könüllüləri “Yoldaşlıq futbolu” turnirinin kubokunu qazanıb.
Yarış iştirakçıları diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, “ASAN” könüllüsü Mahir Hətəmovun ideya müəllifi olduğu “Yoldaşlıq futbolu” layihəsinin əsas məqsədi gənclərə sağlam həyat tərzi aşılamaq, onların asudə vaxtının səmərəli keçməsində şərait yaratmaqdan ibarətdir. Layihə Bakı, Sumqayıt, Gəncə, Sabirabad və Bərdə gənclərini əhatə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]