CƏMİYYƏT
Yolkənarı yaşıllıq sahəsində 196 ağacın yanması faktı aşkarlanıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Beyləqan rayonunun Dünyamalılar kəndi ərazisində avtomobil yolunun kənarındakı yaşıllıq sahəsində ağacların yanması ilə bağlı daxil olan müraciəti 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları araşdırıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı yolkənarı yaşıllıq sahəsində yaşköküstə müxtəlifcinsli və diametrli 196 ağacın yandığı məlum olub. Faktla bağlı akt tərtib edilib və təbiətə 39200 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.
Təqsirkarların tapılması və barələrində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər Beyləqan Rayon Polis Şöbəsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]