CƏMİYYƏT
Yollarda baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb
Bakı, 22 noyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 107 cinayət faktından 12-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 21 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər tutulub.