CƏMİYYƏT


Yoluxma riski immun sisteminin mövsümi ritmlərindən asılıdır

Bakı, 15 noyabr, AZƏRTAC

Tədqiqat göstərdi ki, gün və saatın vaxtından asılı olaraq ağ qan hüceyrələrindəki dəyişikliklər immun sisteminin işini gücləndirir və ya zəiflədir. Bu kəşf, COVID-19 pandemiyasının fonunda son dərəcə vacibdir.

İnsanın immun sisteminin daxilində öz təqvimləri və saatları var ki, onların göstəricilərinə uyğun olaraq biz müəyyən müddət ərzində infeksiyalar və yaralanmalardan əvvəl daha çox və ya daha az həssas oluruq. Bu, gün və hətta ayın vaxtına da aid ola bilər.

AZƏRTAC “MedikForum” saytına istinadla xəbər verir ki, irlandiyalı tədqiqatçılar bu nəticəyə gəldilər ki, mövsümi ritmlərin daha dərin anlaşılması COVID-19 kimi bir sıra xəstəliklərin qarşısının alınmasında və müalicəsində kömək edəcək.

Bu, həmçinin qrip kimi bəzi xəstəliklərin qışda insana daha tez-tez ziyan verməsi səbəbini və əksinə, yay mövsümündə pisləşən skleroz kimi digər xəstəliklərin əlamətlərini başa düşməyə imkan verir. Əvvəllər tədqiqatçılar immun sistemində mövsümi və gündəlik sirkadiyalı ritmlərin varlığı fərziyyəsinə gəlsələr də, onlar indi olduğu kimi, böyük insan nümunəsində təsdiqlənməmişdir.

Əsrlər boyu alimlər insanların qışda müəyyən xəstəliklər qarşısında daha həssas olduqlarını fərq edirdilər. Tədqiqatçılar artıq 10 ildir izlənilən 329.000-dən çox İngiltərə vətəndaşından qan testi toplayıblar. Bu və ya digər xəstəliklərin kəskinləşməsi təhlilin aparıldığı ilin, hətta günün vaxtı ilə müqayisə edilmişdi. Bu isə, aydın əlaqəni müəyyənləşdirməyə imkan verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.