REGİONLAR
Yonca sahələrində dördüncü biçin aparılır
İsmayıllı, 14 sentyabr, AZƏRTAC
Yonca mal-qara üçün qiymətli yem bitkisidir və hazırda İsmayıllı rayonunun əkin sahələrində dördüncü biçin aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlığın kənd təsərrüfatının aparıcı sahələrindən olduğu İsmayıllıda 573,5 hektarda yonca sahəsi var. Vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq nəticəsində artıq dördüncü biçin aparılır. İndiyədək 40 min tondan çox yaşıl, 3 min tondan çox quru kütlə əldə olunub. Rayonda suvarılan ərazilərdə yonca sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, yonca sahələrinin 130 hektarı iri heyvandarlıq təsərrüfatı olan “AZZA AGRO” MMC-yə məxsusdur. Təsərrüfatda 400 başdan çox iribuynuzlu mal-qara bəslənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]