DÜNYA


Yonhap: İçərisində KXDR-in yüksək vəzifəli rəsmisinin olduğu qatar Çin sərhədini keçib

Bakı, 7 yanvar, AZƏRTAC

İçərisində Koreya Xalq Demokratik Respublikasının (KXDR) yüksək vəzifəli rəsmisinin olduğu güman edilən qatar yerli vaxtla saat 22:15-də Çinin Dandun həmsərhəd şəhərinə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi açıqlanmayan mənbələrə istinadla məlumat yayıb. Agentlik KXDR-Çin sərhədindəki yüksək səviyyədə təhlükəsizlik tədbirlərini əsas götürərək qatarda Şimali Koreya lideri Kim Çen Inın olması ehtimalını irəli sürür. Qatar iki ölkənin sərhədini keçərkən təhlükəsizlik qüvvələrinin onlarla avtomobili və əməkdaşı yolları bağlayıblar. Qatarın yanvarın 8-də səhər saatlarında Pekinə çatacağı güman olunur.

Qeyd edək ki, KXDR lideri Kim Çen In ötən il 3 dəfə Çinə səfər edərək bu ölkənin Sədri Si Cinpin ilə görüşüb. O, mart ayında ilk səfərində də Pekinə qatarla gəlmişdi. Lakin hər iki ölkənin rəsmi KİV-ləri bu barədə səfər başa çatandan sonra ictimaiyyətə məlumat yaydılar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.