DÜNYA


Yonhap: Şimali Koreya Şərq dənizi istiqamətində naməlum raket buraxıb

Pekin, 28 sentyabr, AZƏRTAC

Cənubi Koreyanın Yonhap xəbər agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şərq (Yapon) dənizi istiqamətində hələlik növü bilinməyən raket buraxması barədə xəbər yayıb.

AZƏRTAC xəbər verir ki, agentlik Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinad edərək, raketlərin yerli vaxtla saat 6:40-da (Bakı vaxtı ilə 1:40) buraxıldığını bildirib.

Cənubi Koreya və ABŞ-ın kəşfiyyat qurumları KXDR-in buraxdığı raketlə bağlı təhlillər aparır.

Şimali Koreyanın raket buraxılışı KXDR liderinin bacısı Kim Yo-conqun Pxenyanın Seulun təklifi ilə Koreya müharibəsinin rəsmi olaraq başa çatmasını bəyan edə biləcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf edir.

Əgər buraxılan raketin ballistik olduğu təsdiqlənərsə, bu, cari il ərzində 3-cü ballistik raket buraxılışı olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.