Yoşihide Suqa ABŞ Prezidenti ilə iki ölkə arasında ittifaqı möhkəmləndirəcəklərinə ümid etdiyini bildirib
AzerTAg.az
Tokio, 21 yanvar, AZƏRTAC
Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib ki, ABŞ-ın yeni Prezidenti Co Bayden ilə iki ölkə arasında ittifaqı möhkəmləndirmək və qlobal məsələləri həll etmək üçün birlikdə çalışacaqlarına ümid etdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Y.Suqa bu barədə ABŞ-ın yeni Prezidentinin inauqurasiya mərasimini şərh edərkən deyib.
Prezident C.Baydeni və vitse-prezident Kamala Harrisi işə başlamaları münasibətilə təbrik edən Y.Suqa ABŞ-ın yeni Prezidentinin birliyə çağıran inauqurasiya nitqinin ona müsbət təsir bağışladığını bildirib.
Baş nazir deyib ki, o, C.Baydenlə birlikdə azad və açıq Hind-Sakit okean regionunun yaradılması, koronavirus pandemiyasına qarşı mübarizə, iqlim dəyişmələri və digər qlobal məsələləri həll etmək üçün çalışacaqlarına ümidvardır.
Y.Suqa, həmçinin ABŞ-ın yeni Prezidenti ilə yaxın günlərdə telefon əlaqəsi yaradılması üçün işlərin aparıldığını da bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin mətnində orfoqrafik səhv var