DÜNYA


Yoşihide Suqa Yaponiya Liberal Demokratik Partiyasındakı aparıcı vəzifələrə veteran deputatları təyin edib

Tokio, 16 sentyabr, AZƏRTAC

Yaponiya Liberal Demokratik Partiyasının (LDP) yeni lideri Yoşihide Suqa partiyadakı aparıcı vəzifələrə əsasən veteran deputatları təyin edib.

AZƏRTAC xəbər verir ki, Y.Suqa LDP-də yeni rəhbərliyin təyini zamanı seçkiöncəsi kampaniyada onun namizədliyini dəstəkləyən beş fraksiyadan olan veteran deputatlara üstünlük verib.

İlk olaraq Y.Suqa LDP-nin baş katibi kimi əsas vəzifədə partiyada nüfuzu ilə seçilən Nikai Tosihironu saxlayıb. Siyasətçi kimi böyük təcrübəyə malik olan Moriyama Hirosi də LDP-nin parlament məsələləri üzrə komitəsinin sədri vəzifəsində qalıb. Məhz bu iki nüfuzlu partiya xadimi LDP-nin yeni sədrinin seçkilərində Y.Suqanın namizədliyini tam gücləri ilə dəstəkləyiblər.

Bununla yanaşı, LDP-nin yeni sədri sabiq Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə naziri Sato Tsutomunu partiyanın ali rəhbər orqanını idarə edən Baş şuranın sədri təyin edib.

Keçmiş Təhsil naziri Simomura Hakubu da partiya şurasının siyasi təhlillər üzrə sədri vəzifəsində saxlanılıb.

LDP-nin seçki strategiyası komitəsinin sədri vəzifəsinə isə Yamaquçi Taymey təyin edilib.

Sentyabrın 16-da parlamentdə keçiriləcək səsvermədən sonra Y.Suqanın Baş nazir vəzifəsində Ş.Abeni əvəz edəcəyi gözlənilir. Belə olacağı halda, Y.Suqa elə həmin gün Nazirlər Kabinetinin yeni tərkibini elan edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.