DÜNYA


“Yota” qasırğası Karib regionunda azı 12 nəfərin həyatına son qoyub

Bakı, 18 noyabr, AZƏRTAC

Karib hövzəsi regionunda “Yota” qasırğasının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində ən azı 12 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, Telesur TV kanalı bu barədə Mərkəzi Amerika ölkələri və Kolumbiyanın hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Təbii fəlakət Nikaraquada altı, Hondurasda üç, Salvador, Kolumbiya və Panamada isə ümumilikdə üç nəfərin həyatına son qoyub. Daşqınlar və torpaq sürüşmələri yaşayış fonduna və infrastruktura böyük zərər vurub. Qasırğa Kolumbiyanın Karib dənizinin cənub-qərbində yerləşən Providensiya adasındakı evlərin 80 faizini dağıdıb.

Karib dənizində formalaşan “Yota” tropik qasırğası noyabrın 16-sı axşam saatlarında Nikaraqua sahillərinə çatıb və Honduras sərhədi istiqamətində hərəkət edərkən tropik fırtına səviyyəsinədək zəifləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.