SİYASƏT


Yöteborq şəhərində Anım Günü ilə əlaqədar aksiya təşkil olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının, İsveç Qarabağ Azadlıq Mərkəzi Birliyi və Batı Yöteland Azerbaycan Evi Birliyinin təşkilatçılığı ilə Yöteborq şəhərində 27 sentyabr – Anım Günü ilə əlaqədar aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Sltottsskogen parkında reallaşan aksiya zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada şəhidlərimizin fotoları nümayiş etdirilib, onların şəkilləri önünə güllər düzülüb, xatirələrinə ehtiram əlaməti olaraq şamlar yandırılıb, həzin musiqi səsləndirilib.

80 nəfərə yaxın soydaşımızın və yerli sakinlərin qatıldığı tədbirdə çıxış edən diaspor üzvləri Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduqlarını, onların göstərdikləri igidlik və şücaətin isə heç zaman unudulmayacağını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.