MƏDƏNİYYƏT


“YouTube” kanalında ən populyar sovet filminin adı açıqlanıb

Bakı, 10 avqust, AZƏRTAC

“Mosfilm” Kino Konserninin “YouTube” kanalında ən populyar sovet filminin adı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat kinostudiyanın saytında yerləşdirilib. Vladimir Menşovun “Məhəbbət və göyərçinlər” filmi ən reytinqli film sayılıb.

Məlumatda deyilir ki, film videohostinqdə yerləşdirilən vaxtdan 20 milyondan çox baxış sayı toplayıb. “I” əməliyyatı və Şurikin başqa macəraları”, “İvan Vasilyeviç peşəsini dəyişir” filmləri də ən çox baxılan sovet filmlərindən sayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.