DÜNYA


“YouTube” qısamüddətli kliplərin dərc edilməsi üçün xidmət istifadəyə verib

Bakı, 15 sentyabr, AZƏRTAC

"YouTube" administrasiyası qısamüddətli kliplərin dərc edilməsi üçün öz xidmətini istifadəyə verib. "TikTok" və "Reels" xidmətlərində olduğu kimi, "YouTube Shorts" istifadəçiləri də davametmə müddəti 15 saniyəyədək olan videolar çəkə, videonun sürətini dəyişdirə, "YouTube"un geniş kataloqundan videoeffektlər və musiqi əlavə edə bilərlər.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, "YouTube Shorts" xidməti ilk olaraq Hindistan bazarı üçün “YouTube” “Android” mobil proqramında əlçatan olub. Yeni funksiya sonralar başqa regionlarda əlçatan olacaq, həmçinin "iOS" versiyası istifadəyə veriləcək.

"TikTok"da olduğu kimi, qısamüddətli klipin çəkilişi üçün yazma düyməsini sıxıb saxlamaq lazımdır. Davametmə müddəti daha uzun olan videoları smartfonun qalereyasından yükləmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.