DÜNYA


“YouTube”da videoya baxmaq üçün ən yaxşı smartfonlar hansılardır?

Bakı, 11 avqust, AZƏRTAC

“YouTube” servisi videoya baxmaq üçün ən yaxşı smartfonları açıqlayıb.

AZƏRTAC “life.ru” resursuna istinadla xəbər verir ki, “YouTube Signature Devices” proqramının təsvirinə görə videohostinq videoya baxmaq üçün ən uyğun smartfonları sınaqdan keçirir və seçir. Qurğu müəyyən tələblərə (məsələn, 4K formatlı videoçarxları, HDR texnologiyasını və sair dəstəkləməli) cavab verməlidir.

Məlumata görə, “YouTube” üçün ən uyğun smartfon kimi mütəxəssislər tərəfindən avqustun 9-da təqdim edilən yeni qabaqcıl “Samsung Galaxy Note 9” modeli qeyd olunur. Siyahıda, həmçinin “Sony Xperia XZ2 Premium”, “HTC U12+”, “Nokia 8 Sirocco” və digər qurğular yer alıb.

“Apple” smartfonlarının populyarlığına baxmayaraq, siyahıya “iPhone” smartfon modelləri daxil ola bilməyib. Bu, “YouTube”un reytinqi yalnız “Android” sistemli qurğulardan ibarət tərtib etməsi və ya “iPhone X” modelinin müəyyən səbəblərə görə ekspertləri qane etməməsi ilə əlaqədar ola bilər. Bununla belə, siyahıda “YouTube”da videoya baxmaq üçün uyğun olan daha 3 qurğu – “OnePlus 6”, “LG G7 ThinQ” və “Xiaomi Mi8” qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.