DÜNYA


“YouTube”un mobil versiyasına çərçivəsiz smartfonlar üçün böyütmə rejimi əlavə edilib

Bakı, 24 oktyabr, AZƏRTAC

Çərçivəsiz smartfon istehsalçılarının əksəriyyəti tərəflər nisbəti 18:9 olan qurğular hazırlayır. Amma bu, həmişə (xüsusilə 16:9 formatında video izləyərkən) əlverişli deyil. İndi “YouTube” mobil versiyasında videonu ekranın ölçüsünə uyğunlaşdırmaq olar.

Proqramın son yeniliyi xüsusi olaraq “Pixel 2 XL” üçün çıxarılıb. “Google” istifadəçilərə izlənilən videonu ekranın ölçülərinə uyğunlaşdırmağa imkan verən yeni vasitə əlavə edib.

AZƏRTAC xəbər verir ki, “Samsung” şirkəti göstərilən çarxların tərəflər nisbətini dəyişmək üçün əməliyyat sisteminə müvafiq funksiyanı əlavə edib. Amma “YouTube”un mobil versiyasına gəldikdə isə funksionallıq proqrama tətbiq edilib. Bunun üçün videonu tam ekran rejimində izləmək üçün böyütmə jestindən və ya ilkin tərəflər nisbətinə geri dönmək üçün azaltma jestindən istifadə etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.