CƏMİYYƏT


Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 45 müəssisədə nöqsanlar aşkarlanıb

Yoxlamalar zamanı qida sahəsində fəaliyyət göstərən 45 müəssisədə nöqsanlar aşkarlanıb

Bakı, 29 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 21-dən 25-dək respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 45 müəssisədə nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.

Nöqsanlar aşkar edilən sahibkarlıq subyektlərinin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3619 linkində tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.