CƏMİYYƏT


“Yoxsulluğu yenidən araşdır” adlı tədqiqat işi müsabiqəsi keçirilir

Bakı, 13 oktyabr, AZƏRTAC

17 Oktyabr - Ümumdünya Yoxsulluqla Mübarizə Gününə həsr olunmuş “Yoxsulluğu yenidən araşdır” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Gənclər və İdman Nazirliyi və BMT-nin İnkişaf Proqramının ortaq layihəsi olan Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfirlər və ADA Universiteti ilə birgə insanları yoxsulluq və onun səbəblərinə, təsir etdiyi sahələrə yeni prizmadan yanaşmağa sövq etmək və ictimai məlumatlılığı təmin etmək məqsədilə tədqiqat işi müsabiqəsini elan edir.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, 1992-ci ildə BMT tərəfindən oktyabrın 17-nin Ümumdünya Yoxsulluqla Mübarizə Günü kimi elan edilməsi bütün dünyada yoxsulluğa qarşı milli, regional və beynəlxalq səviyyələrdə mübarizə səylərini birləşdirməyə xidmət edib. Azərbaycan yoxsulluqla mübarizə sahəsində fəal siyasətə və uğurlu təcrübəyə malik olan, bu sahədə mühüm addımların atıldığı və müsbət nəticələrin əldə edildiyi ölkələrdən biridir. Yoxsulluq özünü təkcə dolanışıq təmin etmək üçün lazım olan gəlir və mənbələrin çatışmazlığı ilə deyil, həm də zəruri xidmətlərə məhdud giriş, sosial ayrı-seçkilik, kənarlaşdırma və qərar qəbul etmədə hüququn verilməməsi ilə göstərir. “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” dünya gəncliyini hər yerdə hər növ yoxsulluqla mübarizədə fəal olmağa çağırır.

14-29 yaşarası gənclər yoxsulluğu necə anlayıram, su qıtlığının yoxsulluq səviyyəsinə olan mümkün təsirləri (gender bərabərliyi, təhsil və sağlamlıq problemləri ilə əlaqədar olaraq), əlilliyi, eləcə də xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına maneə, kənd təsərrüfatında fəaliyyət göstərən qadınların yoxsulluğun azaldılmasındakı rolu (xüsusi bölgə və ya kənd təsərrüfatı üzrə tədqiqat arzuolunandır), DİM 1 və Miqrasiya, yoxsulluq təhsil hüququna maneədirmi? (ibtidai və orta məktəb təhsili üzrə), COVID-19 pandemiyasının yoxsulluqla mübarizə tədbirlərinə olan mənfi təsirləri, qadınların iqtisadi fəallığının artırılması - yoxsulluğun azaldılması, uşaqların doğulanadək cins seçimi ölkənin demoqrafik balansına və iqtisadiyyatına təsiri mövzularından hər hansı biri ilə bağlı fikir və araşdırmalarını yazılı şəkildə [email protected] ünvanına təqdim edə bilərlər. Müraciətlərin qəbulu üçün son müddət oktyabrın 17-dir. Qaliblər oktyabr 25-də xüsusi mükafatlandırma mərasimi ilə elan olunacaq.

Müsabiqəyə dair ətraflı məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “http://scfwca.gov.az/” veb-səhifəsindən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.