İDMAN


Yuberin həlak olduğu trasın dəyişdirilməsi məsələsi qaldırılıb

Bakı, 2 sentyabr, AZƏRTAC 

Formula 1 yarışlarının keçmiş pilotu Mark Zurer Formula 2 mərhələsinin Belçika yürüşü zamanı pilot Antuan Yuberin həlak olması ilə bağlı insidenti şərh edib.

AZƏRTAC xəbər verir ki, Zurer daha etibarlı təhlükəsizliyin təmin edilməsi üçün Spa trasının dəyişdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, son insident də bunu sübut edib.

GrandPX.News saytı M.Zurerin sözlərini sitat gətirib: “Yəqin ki, birinci seksiyanı daraltmaq lazım gələcək. Belə olan halda Eau Rouge yenidən döngəyə çevriləcək. İndi pilotlar tam sürətlə yoxuşa qalxırlar. Təhlükəni dərk etdikdə isə çox gec olur”.

Antuan Yuber avqustun 31-də aldığı ağır xəsarətdən xəstəxanada vəfat edib. Formula 2 mərhələsinin ikinci dairəsində fransız pilot Xuan Manuel Korrea və Marino Sato ilə birlikdə qəzanın mərkəzində olub. Onun 22 yaşı vardı. Korrea isə cərrahiyyə əməliyyatı keçirib. Onun hər iki ayağı sınıb və onurğa sümüyü zədələnib. Pilotun vəziyyəti sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.