İDMAN


Yuberin ölümündən sonra Formula 1-də şassilərin möhkəmliyini artırmağı planlaşdırırlar

Bakı, 8 oktyabr, AZƏRTAC 

“Racing Point” komandasının texniki direktoru Endi Qrin bəyan edib ki, Formula 2 yürüşündə Antuan Yuberin ölümü ilə nəticələnən qəzadan sonra Formula 1-də şassinin möhkəmliyini artırmağı planlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, “Auto Hebdo” Endi Qrinin bu sözlərindən sitat gətirir: “Bizi şassinin möhkəmliyinə dair qaydaları təhlil etməkdən ötrü dəvət etmişdilər. Mövzu texniki işçi qrupunun növbəti iclasında müzakirə ediləcək. Böyük dəyişikliklər 2021-ci ilədək həyata keçəcək. Lakin hamı bilir ki, çox şeyi artıq gələn mövsümədək etmək mümkündür”.

Xatırladaq ki, Belçikada keçirilən Formula 2 yarışlarında fransalı pilot Antuan Yuber yüksək sürətlə gələn Xuan Manuel Korreanın onun bolidinə çırpılması nəticəsində “Radiyon” döngəsində baş verən qəzada həlak olub. Korrea hələ də hospitaldadır, üzərində bir neçə əməliyyat aparılan pilot hətta sağ ayağının amputasiyası təhlükəsi ilə üzləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.