Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Yubileydən-yubileyə - Firəngiz Əlizadə

Yubileydən-yubileyə - Firəngiz Əlizadə

Bakı, 28 may, AZƏRTAC

Hər bir yaradıcı insan ömür təqviminə hesabat vermək üçün həyatının müəyyən dövründə, arxaya baxıb bu illər ərzində nələr etdiyini, nələr yaratdığını düşünərək yubileyinə hazırlaşır.

AMEA-nın müxbir üzvü, Xalq artisti, professor, pianoçu-dirijor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, “Şöhrət” və “Şərəf” ordenli sənətkar, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadə də öz yubileyini əliboş qarşılayanlardan deyil. Hər yubiley ilinə yeni əsərləri ilə gələn Firəngiz xanımın təntənəli dünya premyeraları ilə başlayan tədbirləri artıq ənənə halını alıb.

Bu fikirlər Əməkdar incəsənət xadimi, professor Həcər Babayevanın görkəmli bəstəkar Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr etdiyi “Yubileydən-yubileyə - Firəngiz Əlizadə” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Hələ 90-cı illərdə Türkiyənin Mersin şəhərində çalışdığı zamanda Firəngiz xanımın 50 illik yubileyi böyük təntənə ilə keçirilmişdir. Qazandığı hörmətin nəticəsi olaraq Mersin şəhərinin valiliyi tərəfindən orada “Firəngiz Əlizadə günləri” Musiqi Festivalı təşkil olunmuşdu. Bu tədbirə dünyanın bir çox yerlərindən – Almaniya, İsveçrə, Rusiya, Gürcüstan, Azərbaycan və başqa ölkələrdən qonaqlar, ifaçılar dəvət olunmuşdu. Mersin həmin günləri Firəngiz Əlizadə musiqisi ilə böyük bir konsert həyatı yaşamışdı. Mayın 26-dan 29-dək davam edən festivalda “Firəngiz Əlizadənin dostlarının konserti” proqramında dünyanın məşhur kollektivləri və solistləri onun əsərlərini ifa etmişdilər.

2007-ci il 60 yaşını Firəngiz Əlizadə həyatında önəmli bir mərhələ olan “Dərviş” əsəri ilə qeyd etmişdi. Amerikalı musiqiçi, məşhur violonçel çalan Yo-Yo-Ma-nın 26 ölkənin bəstəkar və musiqiçilərini birləşdirən “Böyük İpək Yolu” layihəsində Firəngiz xanımın “Habilsayağı”, “Müğamsayağı”, “Eşq havası” və “Dərviş” əsərləri Yer kürəsinin bütün iri konsert salonlarında ifa olunmuşdu. Firəngiz xanımın yubiley ilində “Dərviş” əsərinin dünya premyerası Çikaqoda görkəmli muğam ustası Alim Qasımovun da iştirakı ilə baş tutmuşdu.

“Dərviş” əsərinin yaranma tarixi də maralı olub. İmaməddin Nəsiminin qəzəlləri və məşhur xanəndə Alim Qasımovun bənzərsiz ifalarından təsirlənən bəstəkar, qeyri-adi bir kompozisiya yaratmaq fikrinə düşür. Bunun üçün Sufiliyi öyrənmək lazım idi. Hər zamankı kimi yaradıcılıq axtarışına girən bəstəkar, muğam intonasiyalarını, ney səsini, qanun ifasını, Avropa alətləri – violonçel, violin, viola ilə birləşdirərək gözəl sintezə nail olmuşdu. Muğam avazı və Sufi dünyası. Muğam avazlarını biz hələ ilk əsərlərindən biri olmuş Xalq artisti Habil Əliyev ifasından ilhamlanan “Habilsayağı” əsərində eşitmişdik. Firəngiz Əlizadə özü yazırdı: “Əgər “Habilsayağı” 1979-cu ildə yazılıbsa, Yo-Yo-Ma layihəsi üçün axırıncı əsər “Dərviş” 21 il aradan sonra qələmə alınıb. Birinci və axırıncı əsər arasında mən də muğamın sirlərini öyrənmək üçün öz uzun yolumu keçdim”.

Bundan başqa 2007-ci ilin şah əsəri “İntizar” operası da bəstəkarın yubiley ili hesabatlarından biri olub. “İntizar” operasının ilk variantında maraqlı bir səhnə var idi. Sanki Firəngiz xanım bizim bugünkü günümüzü çox-çox əvvəldən görürmüş kimi özünün “Qarabağnamə” adlandırdığı operasında seyrçiyə bir mesaj göndərmişdi.

Bəstəkar operanın ilk redaksiyasında, əsərin sonunda xalqın qələbə inamını göstərməkdən ötrü çox maraqlı bir üsuldan istifadə edir. Müasir operaya məxsus olan instalyasiyalardan biri kimi əsərin sonunda uzaqdan gələn səhnənin divarını başdan-başa tutan ağ atlı oğlanın möhtəşəm görünüşü, rəmzi olaraq, azadlığın, qələbənin, xalqın arzularının ümid çırağı kimi operanı sona yetirirdi.

Bax, həmin xalqın ümid yeri, ağ atın üstündəki qəhrəman bu gün 44 günlük müharibədə 30 illik düşmən işğalına son qoyan Ali Baş Komandanımızın rəmzi timsalı idi. Firəngiz xanım bu günün gələcəyinə hələ 2007-ci ildən inanır və tamaşaçını da inandırırdı.

Bu məqalə Firəngiz Əlizadə yaradıcılığının yubileylər ilini əhatə etdiyindən mən onun digər əsərləri üzərində dayanmaq istəmirəm. Ona görə də 70 illik yubileyin şah əsəri “Nəsimi Passion”un Amsterdamda ilk ifası ilə başlayan 2017-ci il Firəngiz Əlizadə yaradıcılığının yeni bir səhifəsi idi. Həmin il Firəngiz xanımın əməyini yüksək qiymətləndirərək, onu bir alim kimi Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçmişdilər. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə bəstəkar “Şərəf” ordeni ilə mükafatlandırılmışdı.

İmaməddin Nəsimiyə, onun yaradıcılığına maraq “Dərviş” əsərindən başlayaraq on ildən sonra monumental “Nəsimi Passion”unda tamamlanan Firəngiz Əlizadənin əsərlərində həm müasirlik, həm də Şərqin fərqli təfəkkür tərzi, orta əsr Sufi fəlsəfəsi ilə yanaşı işlənilib.

Niyə məhz Passion? – “Passio” – latınca əzab deməkdir və Firəngiz Əlizadə özünün “Passion”unda Nəsiminin təriqət yolundakı əzab-əziyyətlərini açıb göstərməyə çalışaraq əsərdə dəfələrlə səslənən “Ənəlhəlq” kəlamı məcazi bir simvola çevrilmişdi.

“Nəsimi” Passionun yaranma tarixinə gəlincə, Avropanın nüfuzlu mədəniyyət təşkilatlarından olan “Amsterdam Royal Concertgebouw” tərəfindən müxtəlif dinlərə məsələn, pravoslav, katolik, iudizm, buddizmə məxsus “İlahilər” layihəsi həyata keçirilmişdi. Artıq dünyanın ayrı-ayrı dini mənsubiyyətinə malik bir sıra görkəmli bəstəkarlara əsərlər sifariş edilmiş və səsləndirilmişdi. Nəhayət, İslam dininə aid olan ilahilərin bəstələnməsi gündəmə gəlmişdi və mədəniyyət təşkilatı müsəlman dünyasını xaricdə layiqincə təmsil edən Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Firəngiz Əlizadəyə müraciət edilmişdi. Beləliklə, “Nasimi Passion” əsəri, dirijor Martin Brabbins (İngiltərə) rəhbərliyi ilə Hollandiyanın Kral simfonik orkestri, xoru və solistləri tərəfindən böyük müvəffəqiyyətlə səslənmişdir. Bu əsərdə də Firəngiz Əlizadə böyük vətənpərvərlik ruhunu ortaya qoyaraq Nəsiminin sözlərini məhz Azərbaycan dilində səslənməsinə nail olunmuşdur. Hələlik dağılıb məhv olması, Nəsiminin məzarının yox olması, Suriyaya atılan bombalar, bütün bunlara qarşı sənətkarın yox səsi, dayan – İnsanlıq! hayqırısı bu əsərin qayəsində hiss olunur.

Nəhayət, bu il bizim sənətkarın 75 yaşı tamam olur. Azərbaycan mədəniyyət aləmi bu yubileyə ciddi cəhdlə hazırlaşır. Yubiley tədbirləri proqramı hazırlıq mərhələsində öz işini davam etdirir. Artıq Avropanın bir çox şəhərlərində Firəngiz Əlizadənin yubiley ilinə start verilib. Elə bu yaxınlarda, İngiltərənin nüfuzlu orkestrlərinin biri olan Bournemouth Symfony Orchestranın ifasında Firəngiz Əlizadənin “Nizami Cosmoloqy” əsərinin dünya premyerası reallaşıb. Əsər hazırda Amerikada və Avropanın ən tanınmış ukraynalı dirijoru Kiril Karabisin rəhbərliyi ilə “Layt hauz in Poole”in məşhur səhnəsində ifa olunub. Ən yeni orkestr yazı üslubunda ifa olunan bu əsər XII əsrdə yazıb yaratmış Nizaminin obrazını bir alim, mütəfəkkir, şair və vətəndaş kimi verməklə, bəstəkar onu bütün Şərqin ən yüksək zirvəsində duran dahisi kimi qələmə alıb. “Nizami Cosmoloqy” məzmun etibarilə çox təntənəli və geniş miqyaslı bir əsərdi. Firəngiz Əlizadə üçün Nizami öz dünyası olan bir şairdir. O, Nizamini dövrünün dərin biliyə malik olan tarix, din, astronomiya, təbabət, riyaziyyat elmlərini əhatə edən nadir şəxsiyyət kimi araşdırır. Yer və Səma cisimləri arasında bağlılıq axtaran Nizami obrazını musiqi dilində müxtəlif registrlərdə ən yüksək və ən aşağı səsləri birləşdirən orkestr kollajı yaradır. Beləliklə, bəstəkar təmiz instrumental ifa ilə Nizaminin təfəkkürünü yaradır. Bu dəfə əsərində Azərbaycan alətlərini orkestrə salmayan bəstəkar bu alətlərin imitasiyasını simfonik orkestrin alətləri ilə yaradır.

Nizami yaradıcılığı, onun poeziyası, Firəngiz Əlizadə üçün yeni deyildi. Bundan əvvəldə o, Nizamiyə müraciət etmiş, onu alman şairi Höte ilə bir kontekstdə özünün “Göttes ist der Orient” kantatasında çox maraqlı qarşılaşma yaratmışdı. Hötenin “Qərb-Şərq divanı” və Nizaminin şeirlərində olan fəlsəfi fikirlər Firəngiz Əlizadəyə böyük təsir göstərmişdir. Onun özünün dediyi kimi, “Hötenin əsərlərindəki bu fikir: “Əsas odur ki, biz bu dünyaya birlikdə yaşamaq üçün gəlmişik” və Nizaminin poeziyasındakı “Göydə parlarsa da nə qədər ulduz, Günəşdir nur verən aləmə yalnız” kəlmələri insanı düşündürməyə bilməzdi.

Bəstəkar hər iki sənətkarın sözlərini orijinalda saxlayaraq kantatanı Azərbaycan və alman dilində səsləndirib. Bununla da əsrlərlə biri-birindən ayrı yazıb-yaradan hər iki humanist dahinin eyni fəlsəfi fikrinə qoşulan bəstəkar müqəddəs “Qurani-Kərim”də yazıldığı, “Allaha Şərq də, Qərb də məxsusdur” kəlamından çıxış edərək möhtəşəm kantatasını yazıb.

BSO–nun son sezon konsertləri “Şərqin səsləri adlı” proqramı çox maraqlı quruluşa malik idi. Kiril Korobes konsertin konsepsiyasını üç görkəmli bəstəkarın əsərləri üzərində quraraq “Şərqdən gələn səslər” devizi altında D.Şostakoviç, Q.Qarayev və Firəngiz Əlizadəni dinləyiciyə təqdim edib. Şostakoviçin XII simfoniyası proqrama daxil olunub. Azərbaycan bəstəkarları – müəllim və tələbə - Q.Qarayev və Firəngiz Əlizadə həmvətənləri olan dahi Nizami yaradıcılığına dərin məhəbbətin sübutu kimi Q.Qarayevin “7 gözəl” baletindən simfonik süita və gecəyə damğasını vuran Firəngiz Əlizadənin “Nizami Cosmoloqy” əsərləri Azərbaycan musiqisinin zəfəri idi.

İngilis jurnalisti Bronte Larsen-Disney bu əsər haqqında yazır: “Firəngiz Əlizadənin kosmologiyası XII əsrin poeziyasının hər kəsə tanış olan çərçivələrini daha da genişləndirərək, müasir zamanda Səma, Yer və Kosmosun qarşılıqlı əlaqələrinin rəngli boyalarla tektonik hərəkətlərini yaradaraq insan idrakına hakim kəsilir”.

Yubileyinə belə bir möhtəşəm əsərlə gələn yaradıcılıq portfeli bildiyim qədəri ilə yeni-yeni əsərləri ilə doludur. Bu əsərlərin də işıq üzünü görmək arzusu ilə Firəngiz xanımı yubiley münasibətilə təbrik etmək istərdim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub