MƏDƏNİYYƏT


“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti tədbir Mirzə Şəfi Vazehə həsr olunub

Bakı, 19 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasının nəzdindəki “Gənc yazarların Mirzə Şəfi məclisi”ndə görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin 225 illik yubileyinə həsr olunmuş “Mirzə Şəfi Vazeh nəğmələri” adlı dəyirmi masa təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Yubileylər silsiləsi” layihəsi çərçivəsində baş tutan tədbirdə məclisin sədri, uşaq yazıçısı Gülzar İbrahimova şairin yaşadığı dövr, həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Kitabxananın əməkdaşları Yeganə Qafarova və İradə Hüseynova çıxışlarında bildiriblər ki, M.Ş.Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub. Onun yaradıcılığı ölkəmizin Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.

Sonra məclis üzvləri şairin “Nəğmələr” kitabından şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.