MƏDƏNİYYƏT
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti tədbir Nəsimiyə həsr olunub
Bakı, 5 oktyabr , AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin “Yubileylər silsiləsi” adlı layihəsi çərçivəsində təşkil etdiyi növbəti tədbir böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub.
AZƏRTAC xəbər verir ki, şairin doğum günü ilə əlaqədar keçirilən “Mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbirdə Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verilib. Nəsimi haqqında videoçarx nümayiş olunub, kitabxananın fəal oxucularının ifasında Nəsiminin şeir və qəzəlləri səsləndirilib, həmçinin fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən şagirdlər “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan komitəsinin təşəkkürnaməsi ilə təltif olunublar.
Qeyd edək ki, layihənin rəhbəri “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan komitəsinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova, əlaqələndiricisi isə Təranə Heydərovadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:04]
Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək
- 23.04.2024 [12:35]
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
- 23.04.2024 [12:26]
Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib
- 23.04.2024 [11:45]
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək
- 23.04.2024 [11:36]
“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa
- 23.04.2024 [11:19]