MƏDƏNİYYƏT


“Yuğ” Teatrı oktyabr repertuarını açıqlayıb

Bakı, 6 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı ərzində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənət ocağı oktyabrın 7-də “Şok”, 13-də “Təkli”, 14-də “Bir qətlin üç versiyası” (premyera) tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Həmçinin, teatrın yaradıcı kollektivi oktyabrın 20-də “Naməlum Axundzadə”, 21-də “Quş dili”, 27-də “Rindu-Şeyda”, 28-də isə “Müəmmalı bir qətlin üç versiyası” tamaşalarını təqdim edəcəklər. Səhnə əsərləri müvafiq olaraq saat 19.00-da nümayiş olunacaq.

Qeyd edək ki, tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.