MƏDƏNİYYƏT


“Yuğ” Teatrı yeni mövsümün açılışına hazırlaşır

Bakı, 8 sentyabr, AZƏERTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi 29-cu mövsümün açılışına hazırlaşır. Belə ki, kollektiv sentyabrın 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə seyrçilərini salamlayacaq.

Bu barədə AZƏRTAC-a teatrın mətbuat xidmətinin rəhbəri Könül Cəfərova məlumat verib. Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, Əməkdar Rəssam Rəşid Şərif, musiqi tərtibatçısı isə Amid Qasımovdur. Səhnə əsərində Əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edirlər. Bundan əlavə, sənət ocağında sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza” və “Sonuncu” tamaşaları da təqdim ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.