“Yuğ”da ilin ilk tamaşası -“Metamorfoza”
AzerTAg.az
Bakı, 8 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti sənət ocağının repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı növbəti dəfə yanvarın 11-də təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, yazıçı S. Haqverdiyevanın əsəri əsasında hazırlanan səhnə əsəri rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq.
Tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.
A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.
Səhnə əsərinin məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

Xəbərin mətnində orfoqrafik səhv var