DÜNYA


Yuiçiro Miura Argentinadakı Akonkaqua zirvəsinin fəthinə başlayıb

Tokio, 18 yanvar, AZƏRTAC 

Yanvarın 18-də 86 yaşlı yaponiyalı alpinist Yuiçiro Miura Argentinadakı Akonkaqua zirvəsinin fəthinə başlayıb. AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yapon alpinist Cənubi Amerika qitəsinin ən hündür zirvəsini ən tezi dörd günə fəth etməyi planlaşdırır. Məlumatda qeyd edilir ki, Y.Miura dəniz səviyyəsindən 4200 metr hündürlükdə yerləşən baza düşərgəsinə çatıb və zirvəyə son hücum üçün burada yüksək dağ şəraitinə uyğunlaşmağa başlayıb.

Bu gün onun helikopterlə 5580 metr hündürlüyə qaldırılacağı və düşərgəyədək olan 300 metr məsafəni özünün qət edəcəyi bildirilir. Zirvəyə doğru Y.Miuranın kifayət qədər zəif sürətlə hərəkət etməsi və gün ərzində 200-300 metr məsafəni qət etməsi planlaşdırılır. Onun 6960 metr hündürlükdə yerləşən zirvəyə təxminən yanvarın 22-də çatacağı nəzərdə tutulur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.