CƏMİYYƏT


Yük avtomobilindən xeyli miqdarda avtomobil şini və diski aşkarlanıb

Bakı, 2 oktyabr, AZƏRTAC

Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. Yoxlama zamanı sürücünün təqdim etdiyi yük-müşayiət sənədləri ilə nəqliyyat vasitəsindəki sənədlər arasında yükün çəkisi ilə bağlı uyğunsuzluq yaranıb. Bu səbəbdən avtomobilin yükü boşaldılıb və müəyyən olunub ki, avtomobildə daşınan şinlər iç-içə keçirilmiş vəziyyətdədir. Sənədlərdə 1023 ədəd şin göstərildiyi halda, avtomobildə isə 2441 ədəd şin qeydə alınıb.

Beləliklə, nəqliyyat vasitəsində gömrük orqanına düzgün bəyan olunmayan 1418 ədəd şin, eyni zamanda, gömrük orqanına bəyan olunmayan 32 ədəd disk aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.