REGİONLAR
Yük maşını ilə minik avtomobili toqquşub, yaralılar var VİDEO
Göyçay, 20 noyabr, AZƏRTAC
Göyçayda avtomobil qəzası baş verib, xəsarət alanlar var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun rayonun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Özbəkistan vətəndaşı Dastov Raxmat Temuroviçin idarə etdiyi iritutumlu “MAN” markalı yük maşını ilə “Lada” markalı minik maşını toqquşub. Hadisə zamanı zərbənin təsirindən “Lada” markalı avtomobil yoldan çıxaraq kənara düşüb. Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda fakt araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]
27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb
- 27.03.2024 [20:01]
Naxçıvanda doğum günü mart ayında olan şəhidlərin xatirəsi anılıb
- 27.03.2024 [18:23]