CƏMİYYƏT


Yük parametrlərini aşma halları ilə bağlı sanksiyalar tətbiq ediləcək VİDEO

Yük parametrlərini aşma halları ilə bağlı sanksiyalar tətbiq ediləcək VİDEO

Bakı, 9 dekabr, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarına pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yüklərin daşınması zamanı avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsi hallarının doğurduğu fəsadlar, o cümlədən yol örtüyünün vaxtından tez sıradan çıxması, yolun deformasiyaya uğraması nəticəsində qəza riskinin dəfələrlə artması, digər hərəkət iştirakçıları üçün real təhlükə yaranması və sair neqativ hallar barədə dəfələrlə xəbərdarlıq edilməsinə, maarifləndirmə xarakterli tədbirlər görülməsinə baxmayaraq, təəssüf ki, yenə də müvafiq tələbləri pozan sürücülərə rast gəlinir.

DİN-in Baş DYP İdarəsi bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır ki, təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilmiş kütlə hədlərindən artıq olmamalıdır.

Həmçinin sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin diqqətinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük parametrlərini aşma hallarının müəyyənləşdiriləcəyi təqdirdə nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə, həmin şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş sanksiyalar tətbiq ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.