İQTİSADİYYAT


Yükdaşıma ilə məşğul olan nəqliyyat vasitələrinə “xüsusi fərqlənmə nişanı” 5 günə verilir

Bakı, 18 sentyabr, AZƏRTAC 

Yükdaşıma fəaliyyətini həyata keçirən hüquqi şəxs mülkiyyətində olan nəqliyyat vasitələri üçün “xüsusi fərqlənmə nişanı” almalıdırmı?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hüquqi şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “xüsusi fərqlənmə nişanı” almalıdır. “Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergiödəyiciləri müraciətindən sonra 5 iş günü ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.